Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü elan edir
May 17 , 2022 | 09:43 /
Oxunma ( 981 )

Mayın 18-i - Beynəlxalq Muzeylər Günü münasibətilə AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ənənəvi olaraq “Açıq qapı” günü elan edir. “Açıq qapı” günündə şəhərin sakinləri və qonaqları muzeyin zəngin ekspozisiyası ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər. Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə ətraflı məlumat veriləcək, onlar müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.