Fotos
AMEA İdarəetmə Sistemləri İnstitutu Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə vebinarlar keçirilib
May 18 , 2022 | 02:36 / Mühüm hadisələr
Oxunma ( 994 )
AMEA İdarəetmə Sistemləri İnstitutu Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə 14-15 may tarixlərində doktorantura və dissertanturaya qəbul həmçinin minimum imtahanları haqqında maarifləndirici vebinarlar keçirilmişdir. Vebinarda AMEA-nın institutlarından, müxtəlif ali təhsil müəssisələrindən həmçinin digər qurumlardan gənc tədqiqatçılar, magistr, doktorant, dissertantlar və s. iştirak etmişdir.
Vebinarı giriş nitqi ilə açan AMEA İdarəetmə Sistemləri İnstitutu Gənc alim və mütəxəssislər şurasının sədri, həmin institutun elmi işçisi və dissertantı Lamiyə Nəcəfova namizədlərə doktorantura və dissertanturaya qəbul qaydaları, minimum imtahanlarının strukturu barədə məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.
 
İki gün keçirilən və 200-ə yaxın gəncin iştirak etdiyi vebinarda müxtəlif sahələri təmsil edən təlimçilər öz təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. Qəyd edək ki, qonaq qismində iştirak edən İlahə İsgəndərova, Amid Əliyev, Nurdan Əsədova, Bəhruz Ələkbərov, Reyhan Nuhova gənclərə ingilis dili, fəlsəfə və ixtisas fənlərindən imtahanlarla bağlı geniş məlumatlar verdilər və onlara maraqlı olan sualları cavablandırdılar. 
Sonda şura sədri L.Nəcəfova qonaqlara təşəkkür etmiş və bütün namizədlərə elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır.
 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.