Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının həlledici görüşləri olacaq
May 18 , 2022 | 02:51 / İdman yarışları
Oxunma ( 1507 )

Mayın 18-də AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr edilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının həlledici görüşləri olacaq.

Saat 10:30-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə Geologiya və Geofizika İnstitutunun futbol komandaları 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Saat 11:30-da isə AMEA-nın Rəyasət Heyəti ilə İqtisadiyyat İnstitutunun futbol komandaları qızıl medallar uğrunda üz-üzə gələcəklər.

Saat 12:30-da Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının mükafatlandırma mərasimi baş tutacaq.

Ünvan: Bakı ş., Hüseyn Cavid pr., 115 (Akademiya Şəhərciyində yerləşən stadion)

https://science.gov.az/az/news/open/20887

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.