Fotos
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri respublika elmi konfransında iştirak edib
May 19 , 2022 | 01:55 / Mühüm hadisələr
Oxunma ( 957 )

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransın plenar iclasında AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Müasir laboratoriyalardan davamlı gələcəyə kimya” mövzusunda məruzə ilə çıxış edib.

E.Babayev çıxışında son texnoloji tərəqqinin çox hissəsinin kimyadakı inkişafla əlaqəli olduğunu və kimyaçıların insan həyatının rahatlığı üçün yaratmağa müvəffəq olduğu smart materiallardan danışıb. Sonra gənc alim təbii dünyadan öyrənməklə kimyaçılar üçün mövcud olan texnikaların arsenalını necə təkmilləşdirməyə diqqət yetirməyin önəmini vurğulayıb, sintetik biologiya və kimyanın kəsişməsində işlər həyata keçirmək ideyasının elmi fantastikadan reallığa qədəm qoyduğunu diqqətə çatdırıb. Daha sonra bioyanacaq və biokatalizatorlardan tutmuş, bərpa olunan enerji və tullantıların emalına qədər bio-əsaslı kimyanın sürətli inkişafına hər zamankindən daha çox ehtiyacımız olduğunu qeyd edən E.Babayev gələcək üçün alimlərin töhfələri ilə yanaşı, “sağlam cəmiyyət formalaşdırılması, sosial dəyişim baş verməsi və sağlam düşüncəli fərdlər yetişdirilməsi ilə gələcəyimizi daha yaxşı qura və qoruya biləcəyik”, - şüarı ilə məruzəsini tamamlayıb.

https://science.gov.az/az/news/open/20931

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.