Fotos
Həsən Həsənov Qafqazşünaslıq İnstitutunda gənc alimlərlə görüşüb
May 24 , 2022 | 03:34 / Görüşlər
Oxunma ( 1586 )

AMEA Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının təşəbbüsü ilə Azərbaycanın keçmiş Baş və xarici işlər naziri, dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov 24 may tarixində İnstitutun gənc alimləri ilə görüşüb. 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərən H.Həsənov elmi və bədii yaradıcılıqla da məşğuldur. O, “Makedoniyali İsgəndər və Atropat”, “Türklüyümüz”, “Əlimərdan bəy Topçubaşov: İstanbulda diplomatik görüşlər”, “Nəriman Nərimanovun milli dövətçilik baxışları və fəaliyyəti”, “Birinci Respublikaya aparan yolda”, “Azərbaycan-Turkiyə diplomatik əlaqələri mətbuat səhifələrində”, “Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” və b. monoqrafiyaların, çoxsaylı çıxışlar və məqalələr toplularının müəllifidir. 2004-cü ildə Bakıda “SSRİ-də milli təmayülçü hərəkat” mövzusunda namizədlik, 2006-cı ildə Tiflisdə isə “Tarixin fəlsəfəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir

Gənc alimlərlə görüş zamanı öz siyasi fəaliyyəti və elmi nailiyyətləri, təcrübəsi barədə danışan H.Həsənov onlara dəyərli tövsiyələr verib. Sonda İnstitutun gənc alimlərinə elmi fəaliyyətlərində uğurlar arzu edib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.