Fotos
Tarix İnstitutunda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib
May 26 , 2022 | 09:09 / Mühüm hadisələr
Oxunma ( 697 )

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda Gənc Alim və Müətəxəssislər Şurasının təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr olunan tədbir keçirilib.

Cümhuriyyət qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra GAMŞ sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Sədr XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasının tarixi əhəmiyyətindən danışıb, Azərbaycan Xalq Cümhuriyyətini xalqımızın şərəfli tarixinin önəmli səhifələrindən biri olduğunu vurğulayıb. Daha sonra Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə “Müsəlman şərqindəki ilk cümhuriyyətin varisləri” adlı məruzə ilə çıxış edərək müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasından, ölkəmizdə cümhuriyyət tarixinin hərtərəfli tədqiqindən, qurucu liderlərə olan hörmət və ehtiramdan söz açıb.

Tədbirdə Nigar Camalova “Ermənistanın ərazi iddialarına qarşı AXC hökumətinin diplomatik mübarizəsi”, Quliyeva Aytən “İstiqlalımıza işıq saçan günəş”, Yaqut Məmmədova “AXC-nin xarici siyasəti və diplomatiyası”, Ləman Əsədzadə “AXC-nin mədəni quruluculuq tədbirləri”, Nigar Mustafayeva “İstiqlala aparan tarix- İstiqlal muzeyi” adlı məruzələrlə çıxış ediblər. Məruzələr dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda gənc alimlər mövzu ilə bağlı müzakirələri davam etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.