Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
May 27 , 2022 | 10:15 / Mühüm hadisələr
Oxunma ( 646 )

Mayın 27-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin elmi işçisi Aysel Rüstəmova CH Cyg simbiotik ulduzunun parlaqlığının müxtəlif səviyyələrində Hβ emissiya xəttinin tədqiqi mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə CH Cyg simbiotik ulduzunun, 2019-2020-ci illər ərzində AMEA ŞAR-ın 2-m teleskopunun Kasseqren fokusunda, optik lifli eşele spektroqrafda (ShaFES) aparılmış yüksək ayırdetməli (R=28000) CCD spektral müşahidələri əsasında Hβ emissiya xətti tədqiq olunmuş  və alınmış nəticələrin ulduzun fotometrik halı ilə müqayisəli analizi aparılmışdır. Spektral müşahidələrin aparıldığı zaman intervalında ulduzun parlaqlığı qədər mürəkkəb xarakterli kəskin dəyişkənlik göstərir. Hb xəttinin profilinin forması, eləcə də  ikipikli profildə göy və qırmızı emissiya komponentlərinin intensivliklərində aşkar olunan dəyişkənliklər, ümumən fotometrik dəyişkənliklərlə uzlaşır. Lakin dəyişkənlik mənzərəsinin daha mürəkkəb olduğu görünür, qeyd olunan asılılıqlar tam birqiymətli deyil.

Seminarın sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR)

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.