Fotos
AMEA-nın gənc alimləri valideyn himayəsindən məhrum olan uşaqları ziyarət ediblər
İyn 01 , 2022 | 11:54 / Görüşlər
Oxunma ( 1674 )

Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində olublar. Gənc alimlər Mərkəzdə yerləşdirilmiş valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüb, özləri ilə apardıqları ərzaq məhsullarını, geyim və oyuncaqları sığınacağa təqdim ediblər. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Reinteqrasiya Mərkəzində uşaqlar üçün yaradılmış şəraitlə tanış olub, kimsəsiz uşaqlarla xatirəşəkilləri çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.