Rəsədxana magistrantının dissertasiya işinin ilkin müzakirə seminarı keçirilib
İyn 07 , 2022 | 11:06 / Mühüm hadisələr
Oxunma ( 1193 )

AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında  (ŞAR)  elmi-tədqiqat  işlərini  başa  çatdırmış  II  kurs  magistrantının dissertasiyasının  ilkin  müzakirə seminarı keçirilib.  "Zoom"  platforması  üzərindən  təşkil edilən seminarda ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, magistrantın elmi-tədqiqat işini apardığı şöbə müdiri və elmi rəhbəri, o cümlədən bir sıra ixtisasçılar da iştirak edib.

Seminara rəhbərlik edən Namiq Cəlilov tədbiri açaraq məruzənin mövzusu barədə seminar iştirakçılarına məlumat verib.

Daha sonra ŞAR magistrantı Aytac İskəndərova "Volf-Raye tipli HD191765 ulduzunun fotometrik dəyişkənliyi" mövzusunda dissertasiya işi haqqında təqdimatla çıxış edib.

Magistrantın məruzəsi ətrafında geniş müzakirə aparılıb və müvafiq tövsiyələr verilərək əsas müdafiəyə təqdim olunub.

N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanası  (ŞAR)

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.