Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
İyn 17 , 2022 | 10:01 / Mühüm hadisələr
Oxunma ( 1348 )

İyun ayının 17-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Cənnət Səmədov “Qravitasiya dalğalarının kəşfi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsindən, fəza-zaman bükülmələrindən və bu nəzəriyyənin bir əsr öncədən verdiyi proqnozlardan danışıb. Eyni zamanda LİGO və Virgo interferometrlərinin daxili strukturu və iş prinsipi izah olunub. Qara dəliklər və Neytron ulduzlar kimi kompakt obyektlərin hansı halda qravitasiya dalğalammasına səbəb ola biləcəyi barəsində məlumat verib. O, həmçinin obyektlərin Elektromaqnit dalğalarla yanaşı qravitasiya dalğaları vasitəsilə öyrənilməsinin astrofiziki əhəiyyətindən, "GRANDMA" layihəsindən sohbət açıb.  Sonda isə qravitasiya dalğalarının müşahidəsinin "Standart Model" və qarşılıqlı təsirlərin təbiətinin öyrənilməsi baxımından əhəmiyyəti barəsində geniş müzakirə aparılıb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR)

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.