Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Bexnəlxalq forumda çıxış etmişdir
İyn 18 , 2022 | 10:10 /
Oxunma ( 898 )

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri,  kimya üzrə fəlsəfə doktoru Elmir Babayev beynəlxalq forumda iştirak etmişdir. 16-18 iyun 2022-ci il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “MDB ölkələri alimlərinin IV Forumunda” iştirak edən gənc alim forumun ilk günündə MDB gənc ailmləri üçün təşkil olunan dəyirmi masada “Elmin inkişafı və gənclərin elmə inteqrasiyası akademiya modeli kontekstində” adlı məruzə ilə çıxış etmişdir. E.Babayev məruzəsində elmin müasir çağırışları, ölkəmizdə gənclər və elm siyasəti, Texnofest-Azərbaycan aerokosmos və texnologiya festivalı, elmin flaqmanı olan AMEA-nın strukturu və Gənc Alim və Mütəxəsssislər Şurasının fəaliyyətinə dair məsələləri diqqətə çatdırmışdır. AMEA-da gənclər alim və mütəxəssislər üçün yaradılan elmi-intellektual, ictimai-sosial mühit barədə danışan məruzəçi hələ magistratura səviyyəsindən başlayaraq yaradılan yüksək təchizatlı və təminatlı akademik mühitdən bəhs etmişdir. O, gənclərin innovativ intellektual beyin məhsullarını realizə etmək üçün Yüksək Texnologiyalar Parkında yaradılan geniş imkanların praktiki tətbiq istiqamətində yeni üfüqlərə yol açdığnı vurğulamışdır. Daha sonra Elmir Babayev iştirakçısı olduğu tədbirin əhəmiyyətinə toxunaraq gənc alimlərin beynəlxalq arenaya inteqrasiyası üçün forum, konfrans, simpoziumların vacibliyini vurğulamış və belə görüşlərin interdissiplinar və multidissiplinar əməkdaşlıqların yaranmasına vüsət olacağını diqqətə çatdırmışdır. Sonda Elmir Babayev forumun işinə dair təkliflərini səsləndirmişdir və təkliflər əsasında müzakirələr baş tutmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.