Fotos
Gənc alim və mütəxəssislərin elmi seminarında Fransanın Montpellier İnstitutunun doktorantı çıxış edib
İyn 23 , 2022 | 01:38 / Mühüm hadisələr
Oxunma ( 934 )

Geologiya və Geofizika İnstitutunda (GGİ) “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində geniş seminar təşkil edilib.

Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanova tədbiri giriş sözü ilə açaraq Fransanın Montpellier İnstitutunun doktorantı Lukas Dugerdilin “Paleoiqlim haqqında anlayışımızı necə təkmilləşdirə bilərik? Avrasiyanın quraq torpaqlarının Son Holosen dövrünün nümunəsi.” mövzusunda məruzə edəcəyini bildirib və qonağı seminar iştirakçılarına təqdim edib.
AMEA Yer Elmləri Bölməsinə daxil olan digər təşkilatlların gənc alim və mütəxəssislərinin də iştirak etdiyi tədbirdə Lukas Dugerdil məruzəsi maraqla dinlənilib.
Əcnəbi məruzəçi seminarda dəqiq kəmiyyət rekonstruksiyalarını təmin etmək üçün tələb olunan kalibrləmə prosesinə xüsusi diqqət yetirilməklə, kontinental göl çöküntü nüvələrində (üzvi geokimya, polen və XRF) qeydə alınmış bəzi paleoklimat rekonstruksiya proksiləri təqdim edilib və təhlil edildiyini bildirib. Ayraq gölünün nüvəsinə əsaslanan Son Holosen Monqolustan paleoklimatı Azərbaycan göllərinin çöküntülərinin tədqiqinin ilkin nəticələri haqqında danışıb.

Gənc mütəxəssis daha sonra çoxsaylı sualları cavablandırıb.
GGİ-nin GAMŞ sədri Fatma Süleymanova maraqlı təqdimata görə əcnəbi  məruzəçiyə iştirakçılar və İnstitut rəhbərliyi adından təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.