Fotos
“Gənc Tədqiqatçı” jurnalının 2022-ci il №1 buraxılışı çapdan çıxmışdır.
İyl 13 , 2022 | 12:17 /
Oxunma ( 1549 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc Tədqiqatçı” adlı Elmi-praktiki jurnalının 2022-ci il üçün nəzərdə tutulan ilk sayı işıq üzü görmüşdür. Bədii və texniki tərtibat baxımdan yenidən işlənilmiş jurnal bu sayından etibarən zövq oxşayan dizaynı ilə oxucuların görüşünə gəlmişdir. Jurnalın bu sayına AMEA-nın institut və təşkilatlarında, eləcə də, digər yerli təhsil və tədqiqat müəssisələrində çalışan və əsasən yaşı 35-ə qədər olan gənc alim, elmi işçi, doktorant, dissertantların müəllifliyi ilə elmin müxtəlif sahələrinə dair məzmun və elmi səviyyəsi yüksək olan tədqiqat və xülasə tipli məqalələr daxil edilmişdir. Qeyd edək ki, jurnal AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ildən nəşr edilir. “Gənc tədqiqatçı” jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli iclasının Qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. Jurnal dövri olaraq ildə iki dəfə çap olunur. Jurnala məqalə qəbulu elektron formada ilboyu davam edir və 3 dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məqalələrin qəbulu həyata keçirilir. Jurnalın tələb, qaydaları və yeni sayı ilə gencalimler.az saytından tanış ola bilərsiniz.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.