Fotos
“Gənc alimlərin yay düşərgəsi”nə start verilib
Avg 08 , 2022 | 10:07 /
Oxunma ( 807 )

6 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində respublika üzrə gənc alim və mütəxəssislərin iştirakı ilə “Gənc alimlərin yay düşərgəsi” start götürüb.

Düşərgənin proqramına əsasən ilk gündə rəsmi açılış tədbiri baş tutub, daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən gənclərə “Fövqəladə hallarda davranış qaydaları”, Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən isə “İlk tibbi yardım” mövzusunda əyani-praktik təlimlər keçirilib. Gün ərzində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün intelektual-əyləncəli oyunlar, idman yarışları, müsabiqələr təşkil edilib.

Düşərgə müddətində gənclər üçün “Tənqidi düşüncə”, “Beynəlxalq təqaüdlər”, “Gənc alimlərin fərdi və intelektual inkişafı”, “Təqdimat bacarıqlarının təkmilləşdirilməsi”, “Akademik tədqiqatların nəticələrinin elmimetrik bazalarda işıqlandırılması” və s. bu kimi mövzularda təlim, mühazirə, seminar, debat, ustad dərslərinin keçirilməsi, eləcə də elmi-əyləncəli, intelektual oyunların, idman yarışlarının keçirilməsi nəzərdə tutulub.  

Qeyd edək ki, avqust ayının 11-nə qədər davam edəcək “Gənc alimlərin yay düşərgəsi”nə müxtəlif nazirliklərin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə, Şəki, Naxçıvan, Lənkəran və Bakıda yerləşən elmi müəssisə və təşkilatlarında, ali təhsil müəssisələrində çalışan gənc alim və mütəxəssislər cəlb olunub.

https://science.gov.az/az/news/open/21759

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.