Fotos
Gənc mühəndislərin yay düşərgəsində “Universitet-sənaye əməkdaşlığının innovasiya ekosistemində rolu” adlı mühazirə dinlənilib
Avg 22 , 2022 | 09:38 /
Oxunma ( 724 )

Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov 20-21 avqust 2022-ci il tarixlərində gənc mühəndislərin yay düşərgəsində “Universitet-sənaye əməkdaşlığının innovasiya ekosistemində rolu” mövzusunda mühazirə ilə çıxış edib.

O, universitet-sənaye əməkdaşlığının mahiyyəti, hədəfləri, idarəetmə mexanizmləri, innovasiyalar, texnoparklar, texnologiyaların transferi və kommersiyalaşdırılması, inkubasiya mərkəzləri haqqında məlumatları təqdim edib, həmçinin gənclərin gələcək inkişaflarına faydalı ola biləcək  tövsiyyələrini səsləndirib.

Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbir zamanı, həmçinin YTP ilə Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun birgə icra etdiyi “Azərbaycanda texnologiyaların transferi və kommersiyalaşdırılmasının təşviqi üzrə məsləhətləşmələr” (2018-2020-ci illər) layihəsinin yekun hesabatına dair kitablar iştirakçılara təqdim edilib. Kitablarda texnologiyaların transferi və kommersiyalaşdırılması, startap və inkubasiya, test və sertifikatlaşdırma sahələri üzrə maraqlı informasiyalar yer alıb.

Qeyd edək ki, gənc mühəndislərin yay düşərgəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

https://science.gov.az/az/news/open/21852

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.