Fotos
Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
Sen 29 , 2022 | 11:58 /
Oxunma ( 675 )

Sentyabrın 21-dən 25-nə qədər Rusiyanın Elista şəhərində “Dünya eposları Canqar nəsillərinin torpaqlarında” adlı beynəlxalq folklor festivalı keçirilib.

Ənənəvi olaraq təşkil edilən festivalda Rusiyada yaşayan xalqların, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Suriya və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanı beynəlxalq tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin kiçik elmi işçisi, dissertant Orxan İsayev təmsil edib. O, festival çərçivəsində təşkil olunan “Dünya eposları: düşüncələr, fikirlər, mülahizələr” adlı elmi-dəyirmi masada “Kitabi-Dədə Qorqud: Qafqazdan Mesopotamiyaya qədər” adlı məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Orxan İsayev festivalın sonuncu günü ROSSİYA televiziya kanalının Kalmıkiya şöbəsinin əməkdaşına müsahibə verərək bu cür tədbirlərin əhəmiyyətindən danışıb, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda folklorla bağlı aparılan tədqiqatlarla bağlı Rusiya elm ictimaiyyətinə məlumat verib.

Beynəlxalq folklor festivalı sentyabrın 25-də başa çatıb.

https://science.gov.az/az/news/open/22178

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.