Fotos
“ Elm və Təhsil Nazirliyi, Fizika İnstitutunda teknofestdə qalib gələn ADNSU-nun tələbələri ilə “Gənc Alimlərin” görüşü”
Okt 03 , 2022 | 11:27 / Mühüm hadisələr
Oxunma ( 1347 )

Teknofestdə 1ci yerə layiq görülən ADNSU tələbələri Elm və Təhsil Nazirliyi, Fizika İnstitutunda Gənc Alimlərlə görüşü keçirildi. Görüşdə Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d Behbud İbrahimov tələbələri Fizika İnstitutunun laboratoriyaları ilə tanış etdi və görülən işlər haqqında behs etdi. ADNSU-da dərs dediyi tələblərinin teknofestdə qalib olduqlarına görə onları təbrik edib, uğurlar arzuladı.

          Daha sonra “Yarımkeçiricilərdə Aşqarlar” laboratoriyasının rəhbəri f.r.e.d. Rəhimov Rəşad tələbələrə laboratoriya haqqında geniş məlumat vermiş o cümlədən, cihazlarla tanış etmişdir. Həmçinin, görüş zamanı  “Nazik təbəqələr” laboratoriyası, “Optik spektraskopiya” laboratoriyası ilə də tələbələr məlumatlandırılmış,  o cümlədən Spektroskopik ellipsiometriya laboratoriyası ilə söhbət əsasında atom qüvvə mikroskopu haqqında da  geniş izahlı məlumatlar verilmişdir. Daha sonra Fizika İnstitutunun icraçı direktoru f.r.e.d., prof.  İbrahimov Hüseyn Teknofest qalibləri ilə görüşüb dərslərində və gələcək işlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.