Fotos
Məktəblilər üçün “Zərərli vərdişlərin yaranma səbəbləri, yaratdığı nəticələr və onlardan yayınma üsulları”na dair maarifləndirmə tədbiri keçirildi
Okt 19 , 2022 | 12:18 / Mühüm hadisələr
Oxunma ( 915 )

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı və N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının GAMŞ-nın dəstəyi ilə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada məktəblilər üçün zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici görüş keçirilmişdir. Görüşdə çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri,  k.ü.f.d. Elmir Babayev hazırda ölkədə baş verən quruculuq işləri, infrastruktur layihələrindən və davamlı inkişafdan bəhs etmişdir. Xüsusən, 44 günlük müharibədəki şanlı zəfərdən sonra Şərqi Zəngəzur və  Qarabağda həyata keçirilən yenidənqurma işlərini və bu sahədə dövlətin apardığı fasiləsiz tədbirləri diqqətə çatdıran E.Babayev təməli indi qoyulan perspektivlərin gələcək inkişafında böyüməkdə olan yeni nəslin rolunu qeyd etmiş və yetişən nəslin savadlı, intellektual, eyni zamanda da sağlam böyüməsinin vacibliyindən söz açmışdır. Sağlam yetişməyin fonunda yarana biləcək təhlükələr, bu təhlükələri əhatə edən narkomaniya, spirtli içki, siqaret və s. kimi zərərli vərdişlərin sağlamlığa olan təsirlərinin qarşısının alınması, bu barədə məktəblilərin maarifləndirilməsi ilə sağlam gəncliyin, sağlam gələcəyin qurulması üçün belə tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Sonra Elm və Təhsil Naziliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Gəray Əşirov zərərli vərdişlərin kimyəvi, bioloji aspektləri haqqında məruzə ilə çıxış etmişdir. G.Əşirov “xoşbəxtlik və bədbəxtlik arasındakı xırda həb”, “narkotik vasitələrin istifadəsinin insan orqanizminə psixoloji və bioloji zərərləri”, “zərərli vərdişlərdən necə uzaqlaşmalı” “siqaretin insan orqanizminə ağılasığmaz təsiri” kimi mövzularını şərh edərək təqdim etdiyi məruzəsi şagirdlərin böyük marağına səbəb olmuşdur.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Tünzalə Musayeva çıxış etmişdir. O, çıxışında narkotik istifadəsinin və asılılığının səbəbləri, addiksiyanın əsas sindromları (psixi və fiziki asılılıq sindromu), risk faktorları və qoruyucu faktorlar, narkotik asılılığının aradan qaldırılması kimi mövzulara toxunmuşdur.

Ümumilikdə interaktiv formada keçən görüş şagirdlərin böyük marağına səbəb olmuş, təşkilatçı və məruzəçilər şagirdlərin çoxsaylı suallarını cavablandırmış və sonda xatirə şəkli çəkilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.