Fotos
Rəsədxana əməkdaşları Estoniyada elmi ezamiyyətdədirlər
Okt 20 , 2022 | 01:03 /
Oxunma ( 1080 )

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları - Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri Canməmməd Rüstəmov və elmi işçilər Aynurə Həsənova və Şəbnəm Ağayeva Estoniyanın Tartu Rəsədxanasında uzunmüddətli elmi ezamiyyətdədirlər.

Ezamiyyət zamanı A.Həsənova və Ş.Ağayeva IRAF proqram paketi ilə spektrləri işləməyi mənimsəmək məqsədi ilə kurslara cəlb olunublar. ŞAR-ın 2 m teleskopunda alınmış spektral materialın və 60 sm teleskopunda alınmış fotometrik materialın Tartu Rəsədxanası əməkdaşları ilə birgə işlənilməsi, alınmış nəticələrin birgə interpretasiyası və sonda birgə elmi məqalələrin çap etdirilməsi istiqamətində işlər aparılır.

ŞAR əməkdaşları Tartu Rəsədxanasının elmi seminarında və digər tədbirlərdə fəal iştirak edirlər. Ş.Ağayeva Tartu Rəsədxanasının elmi seminarında “Tutulan qoşa ulduz sistemlərində Rositter-MakLaflin effekti” mövzusunda məruzə ilə çıxış edib. Seminar maraqla dinlənilib və sonda verilən suallar cavablandırılıb.

Qeyd edək ki, ŞAR əməkdaşlarının ezamiyyə xərcləri Avropa İttifaqı tərəfindən “HORİZON 2020” innovasiya qrant layihəsi tərəfindən maliyyələşdirilən 823734 saylı Marie-Sklodovska-Küri Qrant Sazişi çərçivəsində ödənilib.

https://science.gov.az/az/news/open/22406

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.