Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Okt 21 , 2022 | 10:13 / Mühüm hadisələr
Oxunma ( 1082 )

Oktyabrın 21-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra ŞAR-ın "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin elmi işçisi Günay Hacıyeva  “HD138917 (F0IV) ulduzunun fundamental parametrləri” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə HD138917 (F0IV) ulduzunun fun­da­mental parametrləri: effektiv temperaturu Teff və ağırlıq qüvvəsinin təcili g təyin edilmişdir. Effektiv temperatur və ağırlıq qüvvəsinin təcilini bilməklə ulduz atmosferləri modelləri hesablanmış və bu mo­del­lər əsasında ulduzların kimyəvi tərkibi təyin olu­nmuşdur. Həmçinin ulduzların təkamül parametrləri: kütlələri, radiusları, işıqlıqları, yaşları hesablanmışdır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.