Fotos
Fiziologiya İnstitutunda “Zəfər bayramı”na həsr olunmuş tədbir keçirilib
Noy 03 , 2022 | 10:41 / Mühüm hadisələr
Oxunma ( 1096 )

Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Həmkarlar təşkilatının dəstəyi, Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə 8 noyabr  “Zəfər bayramı”na həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun icraçı direktoru professor Əhməd Hacıyev açaraq bildirib ki, şəhidlərimizin vətən müharibəsində vətənpərvərlik və igidlik nümunəsi göstərərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçiblər. Şəhidləri yad etmək, xatirələrini daim yaşatmaq hər bir azərbaycan vətəndaşının borcudur” deyə bildirib.. Bundan sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Tədbirdə İnstitutun professoru Fəxrəddin Əsgərov çıxış edib.

GAMŞ-ın sədri Bağırova Nərmin çıxış edərək qələbəmizə səbəb  “Prezident Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət , güclü ordu strategiyası , milli birlik, və döyüşçülərimizin ruh yüksəkliyi  idi “ deyə vurğulayıb.

 Daha sonra b.ü.f.d Qasımov Çingiz , Süleymanova Ləman  çıxış edib.

Sonda Vətən müharibəsi qazisi Vəliyev Arzuman çıxış edərək 8 noyabr Zəfər günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Daha sonra 44 günlük müharibə ərzində baş verənlərdən söz açıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.