Noy 10 , 2022 | 11:39 /
1-4 noyabr 2022-ci il tarixlərində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində “Sərhədsiz elm” Beynəlxalq forumu keçirilmişdir. Rusiya elmlər akademiyasının 300 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutan forumda 400-ə yaxın iştirakçı yer almışdır. Foruma AMEA-nın Gənc Alim və Müxtəxəssislər Şurasının sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fələsfə doktoru Elmir Babayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılmışdır. Forum çərçivəsində “Gənc alimlərin elmi-texniki fəaliyyətinin genişləndirilməsi və möhkəmləndirilməsi” sessiyasında Elmir Babayev çıxış edərək tədbirin mahiyyətindən danışmış, gələcək perspektivlər və beynəlxalq əməkdaşlığın formalaşması üçün bu cür tədbirlərin vacibliyini vurğulamışdır.
Formda iştirak edən AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun elmi işçisi, İnstitutun GAMŞ sədri Aydan Zeynalova 03.11.2022 tarixində Rusiya Elmlər Akademiyasının akademiki A.P. Qluşkinin sədirliyi altında "Qida təhlükəsizliyi" sessiyasında "Azərbaycanda yayılan Punica granatum L. bitkisinin fitokimyəvi tərkibi və bioloji aktivliyi" mözusunda məruzə ilə çıxış etmişdir. Müsabiqə xarakterli olan sessiyada gənc alim A.Zeynalovanın məruzəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, diplom və mükafata layiq görülmüşdür.
Qeyd edək ki, forumda AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş mütəxəssisi Ceyhun Quliyev, Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Könül Abbasova da iştirak etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.