Noy 11 , 2022 | 03:09 / Mühüm hadisələr
Bu gün 70 saylı orta məktəb liseynin bir qrup şagirdi Fizika İnstitutunda qonaq oldular. Əvvəlcə şagirdlərə akt zalında Zeyneb xanım tehlükesizlik qaydaları haqqında məlumat verdi. Məişətdə istifadə olunan elektik cihazları yüksək gərginlikdən ildirim çaxması kimi hadisələrdən necə qorunmaq olar mövzusunda ətraflı məlumat verdi.
Daha sonra İnstitutumuzun doktorantı, elmi işçi Elvin müəllim şagirdlərə Ellipsiometriya cihazı haqqında geniş məlumat verdi. Cihazlar, onların işləmə prinsipləri və optik xassələrinin necə ölçüldüyü haqqında danışaraq, Günəş elementlərini, laylı təbəqələrin alınmasını izah etdi. Şagirdlər bir sıra xatirə şəkilləri çəkdirdikdən sonra “Kristallaqrafiya” laboratoriyası ilə tanış oldular. Laboratoriyanın elmi isçisi Aysel xanım sagirdlərə cihazların işləmə prinsipini və kristalların optik xassələrinin ölçmə metodlarını izzah etdi. Yekunda, Fizika üzrə felsefe doktoru, Ülkər xanım sagirdlərə kompazit materiallar haqqqında melumat verdi və şagirdlərə dərslərində uğurlar arzuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.