Fotos
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun doktorantı “Eğitimde Yeni Trendler-İzmir” forumunda iştirak etmişdir
Dek 01 , 2022 | 10:48 / Mühüm hadisələr
Oxunma ( 586 )

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun kiçik elmi işçisi, 3-cü kurs doktorantı Əminə Alimova ,Azərbaycan Maarifiçilər Assosiasiyasının təşəbbüsü və Ege Universitetinin birgə təşkilatçılığı ilə 16-20 noyabr 2022-ci il tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən “Eğitimde Yeni Trendler-İzmir” forumunda iştirak etmişdir. Forumun əsas məqsədi təhsil və elm işçilərin həm təhsildəki yenilikləri, eyni zamanda da elmi-təcrübi araştırmaları ilə tanış olmaq idi.

      Forumun açılış günündə Ege Universitetinin prorektoru Prof. Dr. Mehmet Ersan giriş sözü ilə Azərbaycan nümayəndə heyətini salamlamışdır və universitet ilə tanışlıq baş tutmuşdur. Forumun ikinci günündə Təhsil fakültəsinin dekanı Prof. Dr. Alper Başbay tərəfindən “21-ci Yüzyıl Becerileri ve Öğretim Programlarına Yansımaları” adlı seminarda iştirak etmişdir. Növbəti gün İzmir Konak Çınarlı Mesleki ve Texniki Anadolu Liseyinə qonaq olaraq  Türkiyənin peşə və texniki təmayüllü liseyi ilə tanış olmuşdur.

      Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun kiçik elmi işçisi, 3-cü kurs doktorantı Əminə Alimova həm maarifçilər, həm də gənc tədqiqatçılar  adından  çıxış etmişdir. Sonda Ege Universiteti və İzmir Konak Çınarlı  Mesleki ve Texniki Anadolu Liseyi tərəfindən sertifikatla təltif olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.