Fotos
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq konfransda iştirak edib
Yan 27 , 2023 | 11:52 /
Oxunma ( 461 )

25-26 yanvar 2023-cü il tarixində Damghan Universitetinin təşkilatçılığı ilə "Holoqrafiya və onun tətbiqləri" mövzusunda 2-ci Beynəlxalq Konfrans keçirilib. Elmi Konfrans əyani və "Adobe Connection" proqramı üzərindən olmaqla, hibrid formada təşkil olunub.

Amerika Birləşmiş Ştatları, Çin, Yaponiya, Kanada, Azərbaycan, Birləşmiş Krallıq, Yunanınstan, Koreya, İsveçrə və Rusiyadan olan məhşur nəzəriyyəçi alimlərin qoşulduğu beynəlxalq konfransda AR Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) kiçik elmi işçisi Şahnaz Tağıyeva da iştirak edib.

Şahnaz Tağıyeva konfransın ikinci günündə "AdS/KXD-nin sərt divar modelində  N + γ* → R (1710) keçidinin form faktorlarının təyini" mövzusunda məruzə ilə çıxış edib.

Konfransa təqdim olunan işdə AdS/KXD-nin sərt divar modelində Roper nuklon-nuklon keçidinin elektromaqnit form faktorları təyin edilmişdir. Spinor sahə və vektor sahəsi üçün profil funksiyaları təyin edilmişdir. N + γ* → R (1710) keçidi üçün Dirak və Pauli form faktorların və spiral amplitudların keçid impulsunun kvadratından asılılıq qrafikləri qurulmuşdur. Alınmış nəticələr CLAS və MAİD eksperimental nəticələrlə və qeyri-relyativistik kvark modeli ilə müqayisə edilmişdir. Məruzəçi qeyd edib ki, tədqiqatların nəticəsinə əsasən, digər modellərdə olduğu kimi, AdS/KSN uyğunluğuna əsaslanan AdS/KXD-nin sərt divar modelində də göstərilmişdir ki, nuklon nöqtəvi zərrəcik deyil, müəyyən daxili struktura malikdir.

Məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.