Fotos
Gənc Alim və Mütəxəssislər Şurasinin “Kiçik Akamediyalar”la iş çərçivəsində növbəti görüşü baş tutub
Yan 27 , 2023 | 02:30 / Mühüm hadisələr
Oxunma ( 1058 )

Yanvarın 25-də Gənc Alim və Mütəxəssislər Şurasının  Biologiya və Tibb Elmləri Bölməsində yer alan institutlarının GAMŞ sədrləri və gənc tədqiqatçılarının iştirakı ilə 246 nömrəli məktəb-liseydə tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”nın fəaliyyəti ilə bağlı daha yaxından tanış olmaq, istedadlı gənclərin elmə daha da həvəsləndirmək olmuşdur. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elmar Həşimov qonaqları salamlamış, “Kiçik Akademiya”nın fəaliyyəti, üzvləri barəsində məlumat vermişdir. “Kiçik Akademiya”nın rəhbəri, məktəbin tarix müəllimi Şücaət Qafarova çıxış edəcək istedadlı şagirdləri və onların mövzularını təqdim etmişdir. Daha sonra VIII, IX, X sinif şagirdlərinin təqdimatında “Ekoloji problemlər”, “Anemiyada eritrositlərin morfoloji dəyişiklikləri və patoloji formaları”, “Nano texnologiyada nano-gümüşün antibakterial funksiyası”, “Qlobal məqsədlər” mövzularında ən aktual problemləri əks etdirən məruzələr dinlənilmişdir. AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, GAMŞ BTEB-in elmi katibi Nərgiz Bayramova çıxış etmiş, şagirdlərin məruzələrini yüksək qiymətləndirmişdir. N. Bayramova elm və təhsilin vəhdəti üçün bu cür tədbirlərin davamlı olaraq keçirilməsini məqsədəuyğun olduğunu xüsusi olaraq qeyd etmişdir. Fiziologiya İnstitutunun GAMŞ sədri  Nərmin Bağırova  çıxışında şagirdlərin məruzələri və mövzu seçimləri ilə bağlı  tövsiyyələr vermiş, onlara uğurlar arzu etmişdir. Tədbirdə həmçinin Fiziologiya İnstitutunun  elmi işçiləri Afaq Nurullayeva,  Jalə İbrahimova da çıxışçılar və məruzələrlə bağlı öz fikirlərini səsləndirmişdir.  Sonda gənc alimlər hər zaman elmə həvəsi olan şagirdlərə dəstək ola biləcəklərini vurğulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.