Fotos
Botanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədrinə Biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir
Fev 02 , 2023 | 12:12 /
Oxunma ( 1136 )

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Aydan Mirzə qızı Zeynalovaya Biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Qeyd edək ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədridir və ötən il Bioloji ehtiyatlar (2432.01) ixtisası üzrə "Azərbaycanın bəzi rayonlarında yayılmış adi nar (Punica granatum L.) bitkisinin bioekoloji və fitokimyəvi tədqiqi" adlı dissertasiya işini uğurla müdafiə etmişdir. 

Şuramızın adından onu təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq!

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.