Fev 03 , 2023 | 01:30 / Mühüm hadisələr
Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib. İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Alim İnstitut gənclərini Gənclər Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tövsiyələrini səsləndirib.
Ə.Quliyev qeyd edib kİ, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Azərbaycan gənclərinin günümüzdə müasir, aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var.
Tədbirdə çıxış edən İnstitutun Həmkarlar Təşkilatı Komitəsinin sədri a.e.d Məmməd Məmmədov institut gənclərini təbrik edərək, onlara göstərilən göstərilən diqqət və qayğıdan bəhs edib. Onlara elmi fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzu edib.
İnstitutun Qadınlar şurasının sədri a.e.ü.f.d Əminə Axundova institutun fəaliyyətində gənclərin xüsusi yeri olduğunu bildirib.
Daha sonra tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı “Ulu öndər H.Əliyev gənclər siyasətinin banisidir” adlı məruzə ilə çıxış edib.
Gənclər günü ilə əlaqədar İnstitutun ötən il ərzində səmərəli elmi-ictimai fəaliyyəti ilə fərqlənən gənc alimləri Əli Gözəlzadə və Qəni Qasımova təşəkkürnamə təqdim olunub. Həmçinin Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayevə rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə və 2 Fevral- Azərbaycan Gənclər günü münasibətlə Yasamal Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif edildiyi Fəxri Fərman təqim edilib.
Tədbirin sonunda Gənclər gününə həsr olunmuş video rolik nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.