Fev 03 , 2023 | 02:03 / Mühüm hadisələr
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 26 illiyinə həsr olunan tədbir keçirilib.
Gənc qazilərin, müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclərin, gənclər təşkilatlarının nümayəndələrinin və könüllülərin iştirakı ilə keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt gənclərini təbrik edərək 2 fevral tarixinin Gənclər günü kimi elan olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Şəhər rəhbəri Azərbaycan Gəncləri gününün keçirilməsini ölkənin gənclərinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Yığıncaqda Sumqayıt şəhərinin ictimai həyatında elm, təhsil, səhiyyə, mədəniyyət, idman və başqa sahələrində nailiyyətlərə imza atan bir qrup gəncinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub. Təltif olunan gənclər, o cümlədən Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günel Qurbanlı çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, Sumqayıt şəhərində gənclərin inkişafı, məşğulluğu və asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətlərində görülən işlərdən danışıblar.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik еlmi işçisi Günel Qurbanlı Sumqayıt şəhər İcra Hakimiyyətinin “İlin gənc alimi” Fəxri fərmanı ilə təltif olunub.