Fotos
“Xocalı soyqırımı”nın 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
Fev 24 , 2023 | 11:24 / Mühüm hadisələr
Oxunma ( 548 )

       Bu gün  AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  26 fevral “Xocalı  soyqırımı”nın 31-ci  ildönümü  ilə   əlaqədar anım tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və  Xocalı  soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru  AMEA-nın müxbir üzvü,prof. Əlövsət Quliyev   açıb və təəssüf hissi ilə qeyd edib ki, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani olanı və  dəhşətlisidir. Bu dəhşətli soyqırıma  hüquqi və siyasi qiymət ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Alim bildirib ki, 44 gün  davam edən  İkinci Qarabağ müharibəsində qisası  alınan Xocalı şəhidləri daim qəlblərdə yaşacaq.

        İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Telman Yermarlı  “XX əsrin ən dəhşətli faciəsi” mövzusunda məruzə ilə çıxış edib. Gənc alim  ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan vəhşiliklərdən, qəddarlıqlarından danışıb. Qeyd edib ki, Xocalıda 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə sakin əsir və girov götürülüb. Daha sonra İnstitutun elmi işçisi Məmmədova Roza çıxış edərək tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciənin minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndiyini bildirib.

         Çıxış edən a.e.d Mustafa Mustafayev qeyd edib ki, Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamıdır. Erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir.

        Tədbirdə çıxış edən İnstitutun “Təchizat və xidmət”  şöbəsinin müdiri Ramiz Həsənzadə yüzlərlə günahsız sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı faciəsinin dünyanın ən qanlı cinayətlərindən biri olmasını bildirib. Soyqırımı törətmiş şəxslərin beynəlxalq hüquqi cəzasını alması məsələsinə toxunaraq gənclərin məsələdə əhəmiyyətindən bəhs edib. Tədbirin sonunda Xocalı  soyqırımına həsr olunan video rolik nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.