Fotos
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi BDU-nun Kimya fakültəsində məruzə ilə çıxış edib
Mart 02 , 2023 | 03:20 / Görüşlər
Oxunma ( 1218 )

Elm və təhsilin inteqrasiyası, gənclərin elmə stimullaşdırılması məqsədilə görülən tədbirlər çərçivəsində Kataliz və Qeyri-üzvi kimya İnstitutunun aparıcı elmi işçisi, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində elmi-populyar məruzə ilə çıxış edib.

Məruzədə doktorantlar, magistrantlar, həmçinin fakültənin əməkdaşları iştirak edib. Elmir Babayev məruzəsində kimya elminin müasir yeniliklərindən, o cümlədən gələcəyin materialları sayılan maqnetoreoloji, elektorxrom, piezoelektrik, “gecko skin”, topoloji izolyatorlar kimi smart materiallar barəsində dinləyicilərə ətraflı məlumat verib. Bio əsaslı kimyanın sürətlə inkişaf etdiyini vurğulayan gənc alim Azərbaycanda da bu istiqamətdə işlərin görüldüyünü, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda özünün iştirakı ilə tədqiqatların həyata keçirildiyini və vacib elmi nəticələrin alındığını diqqətə çatdırıb. Alınan nəticələrin gələcəkdə alternativ enerji-bioyanacaq və xammal-platforma kimyəvi maddələr kimi geniş tətbiq imkanlarından bəhs edən Elmir Babayev bu istiqamətdə tədqiqatların artırılmasının vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

https://science.gov.az/az/news/open/24195

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.