Ulu Öndər H.Əliyevin 100 illiyi əlaqədar olaraq Spartakiadanın keçirilməsi nəzərdə tutulur
Apr 05 , 2023 | 01:29 / Mühüm hadisələr
Oxunma ( 954 )

Aprel ayında AMEA-da Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ulu Öndər H.Əliyevin 100 illiyi əlaqədar olaraq Spartakiadanın keçirilməsi nəzərdə tutulmuşdur. Yarışlar idmanın 3 növü üzrə - futbol, tennis və şahmat (qadın və kişilər arasında) keçiriləcək. Həmin yarışlarda iştirak edəcək komandalarımızın üzvləri haqqında 10 aprel 2023-cü ilə qədər aşağıda qeyd etdiyimiz məlumatları təqdim etməyiniz xahiş olunur.

Bu siyahı müvafıq institutuların rəhbər vəzifəli şəxsləri və Həmkarlar İttifaqı Komitəsinin sədrləri tərəfındən təsdiq edilməlidir. Yarışda iştirak edəcək hər bir əməkdaş 3x4 sm ölçüdə 1 foto şəkil, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, işlədiyi təşkilata aid olan vəsiqənin surəti müvafıq sənədlərlə birlikdə təqdim olunmalıdır. Şahmat və stolüstü tennis yarışları üzrə (qadın vəkişi) hər bir İnstitut 2 namizəd təqdim edə bilər. Futbol komandasının tərkibi 10 nəfərdən ibarət olmalıdır.

Tennis və şahmat yarışlarında iştirak edənlərin sənədləri Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun Həmkarlar Komitəsinin (HK) sədri Sitarə Bağırovaya (230-cu otaq Telefon: 012-539-57-63), Futbol yarışında iştirak edənlərin sənədləri isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevə (telefon: 050 450 50 64) təqdim olunmalıdır.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.