Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Apr 06 , 2023 | 09:37 / Mühüm hadisələr
Oxunma ( 364 )

Aprel ayının 6-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduz əmələgəlmə prosesləri” şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə  “Scopus və Web of Science: Beynəlxalq jurnallarda məqalələrin tərtibatı və çap olunması prosesinin təhlili” mövzusunda məruzə ilə çıxış edib. 

Seminarda “Scopus” və “Web of Science” məlumat bazası haqqında ətraflı məlumat verilib, bu məlumat bazalarına daxil olan jurnallara, beynəlxalq konfranslara məqalə və tezislərin hazırlanması qaydaları ətraflı şərh olunub. Bundan başqa göstərilən bazalara daxil olmayan “Yırtıcı nəşriyyatların” sürətlə çap etdirdiyi jurnalların təhlili və bu tip jurnallarda məqalələrin çap olunmaması tövsiyyə olunub. Sonda astronomiya sahəsi üzrə “Scopus” və “Web of Science” məlumat bazasına daxil olan bir sıra jurnalların siyahısı göstərilib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb. 

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.