Fotos
Fizika İnstitutunun gənc alimi Fransada elmi ezamiyyətdə olub
Apr 05 , 2023 | 09:41 / Mühüm hadisələr
Oxunma ( 932 )

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı, Azərbaycan-Fransız Universitetinin müəllimi, fizika üzrə fəlsəfə doktoru, “İlin gənc alimi” seçilmiş Behbud İbrahimov Fransanın Strasburq Universitetində elmi ezamiyyətdə olub.

Bir ay davam etmiş ezamiyyət çərçivəsində gənc alim Strasburq Universitetinin professoru Phillipe Turekin rəhbərlik etdiyi Pomam laboratoriyasında aşağı ölçülü sistemlərin bəzi  xassələrinin öyrənilməsi məqsədi ilə elmi-tədqiqat işi aparıb, aldığı elmi nəticələri həmkarları ilə müzakirə edib.

B.İbrahimov ezamiyyət müddətində universitetin bir neçə laboratoriyası ilə tanış olub, müxtəlif cihazların işləmə prinsipi haqqında məlumatlar əldə edib.

https://science.gov.az/az/news/open/24611

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.