Fotos
"Müasir Azərbaycan gəncliyindən gözləntilər, gənclərlə işin qurulması" adlı görüş keçirilib
Apr 26 , 2023 | 12:45 / Mühüm hadisələr
Oxunma ( 368 )
"Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin təşkilatçılığı ilə Zoom platforması üzərindən "Müasir Azərbaycan gəncliyindən gözləntilər, gənclərlə işin qurulması" adlı görüş  keçirilib. 
Qeyd edək ki, görüşün qonağı Gənclərlə iş üzrə mütəxəssis Taleh Mansurov  olub.
Tədbir "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədovun tədbir iştirakçılarını salamlayaraq ictimai, sosial sahədə gənclərlə işin düzgün formada qurulmasının vacibliyini qeyd etməsi ilə başlayıb.
Taleh Mansurov ilk olaraq tədbir iştirakçılarını salamlayaraq belə görüşün keçirilməsindən məmnunluq duyduğunu bildirib. 
Görüş əsnasında gənclərin üzərinə düşən missiyalardan, dövlət, xalq mənafeyinin hər şeydən üstün tutulması, qalib dövlətin gənclərinin yeni məqsədləri qeyd edilib.
Sonda Taleh Mansurov gəncləri maraqlandıran sualları cavablandırıb.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova iştirak etmişdir. 
 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.