Fotos
33 yaşında ən gənc elmlər doktoru
Apr 24 , 2023 | 12:56 / Mühüm hadisələr
Oxunma ( 474 )

AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Nitq mədəniyyəti və monitorinq” şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, dosent Aysel Qəribli Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının 07.04.2023-cü il tarixli qərarı ilə 5710.01- Türk dilləri ixtisası üzrə filologiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Qeyd edək ki, Aysel Qəribli gənc yaşında Azərbaycanda elmlər doktoru elmi dərəcəsinə layiq görülən alimlərin sırasına qatılmış oldu. Qəribli Aysel Nizami qızı 6 mart 1990-cı ildə anadan olmuşdur. 2007-ci ildə orta məktəbi bitirmiş, 2007-2012 ci illərdə BDU-nun filologiya fakültəsində bakalavr pilləsində təhsil almışdır. 2012-2014 cü illərdə Azərbaycan Dillər Universitetində filologiya fakültəsində magistr pilləsini oxuyub, bitirmişdir. 2013-cü ildə “Azərbaycan dili qloballaşan dünyada” adlı kitabı dərc olunmuşdur. Eyni adlı kitabı 2014-cü ildə Tehranda çap edilmişdir. 2015-cil ildə bu mövzuda “Azərbaycan təriqət şeirinin leksikası” adlı kitabı nəşr olunmuşdur. 2017-ci ildə “XIX əsr Azərbaycan təriqət şeirinin lüğət tərkibi” mövzusunda müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2017-ci ildə “Azərbaycan dili anlayışının tarixi” adlı kitabı işıq üzü görmüşdür. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar elm sahəsi üzrə “Gənclər üçün Prezident mükafatına” namizəd kimi təqdim edilmişdir. Nəsimi adına Dilçilik İnstitutunun seçilən gənc alimi olaraq 2017-ci ildə keçirilən Azərbaycan Gənc Alimlərinin I Qurultayının iştirakçısı olmuşdur. Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bundan əlavə bir neçə dəfə elmi fəaliyyətindəki nailiyyətlərinə görə Fəxri Fərmanlarla təltif edilmişdir. 2018-ci ildə “Azərbaycan nitq mədəniyyəti”
(həmmüəlliflərlə), “Türkologiya” (həmmüəlliflərlə) , “ Türk dili, türk ləhcələri və türk dilləri anlayışlarının genotipologiyası” adlı kitabları dərc edilmişdir. 2020-ci ildə Dosent elmi adını almışdır. 2022-ci ildən Türkologiya jurnalının elmi katibi vəzifəsini icra edir, həmçinin eyni ildən Nəsimi adına Dilçilik İnstitutu Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri vəzifəsini icra edir. 2022-ci ildə “Türk dili və türk dilləri anlayışlarının formalaşması tarixinin elmi- metodoloji problemləri” mövzusunda müdafiə etmişdir. 2023-cü ildə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 5 monoqrafiyanın, respublikada və xaricdə nüfuzlu elmi jurnallarda dərc olunmuş 46 elmi məqalənin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.