Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
May 08 , 2023 | 09:39 / Mühüm hadisələr
Oxunma ( 919 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki  problemlər” şöbəsinin kiçik elmi işçisi Nurlan Şərəfxanov “ER=EPR (Einstein-Rosen = Einstein-Podolsky-Rosen)” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda ER = EPR haqqında müxtəlif müəlliflərin araşdırmaları barədə geniş məlumat verib. O, qeyd edib ki, ER = EPR fizikada iki dolaşıq hissəciyin (Einstein-Podolsky-Rosen və ya EPR cütü) bir soxulcan dəliyi (Eynşteyn-Rozen körpüsü) ilə bağlılığını ifadə edən fərziyyədir və belə hesab edilir ki, bu, ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikasını “Hər şeyin nəzəriyyəsi”ndə (The Theory of Everything) birləşdirmək üsuludur. 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.