Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
May 19 , 2023 | 11:58 / Mühüm hadisələr
Oxunma ( 978 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki  problemlər” şöbəsinin kiçik elmi işçisi Cənnət Səmədov “AdS fəzasının Astrofizikada tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Anti de Sitter (AdS) fəzası haqqında ümumi məlumat verib. AdS fəzasının Qara dəliklər, Neytron ulduzlar kimi astrofiziki obyektlərə, Qaranlıq maddə və Qaranlıq enerji kimi fenomenlərə, Kosmologiyaya və Qravitasiya dalğalarının əmələ gəlməsi və yayılmasına tətbiqi məsələlərindən danışıb. Qeyd edib ki, Anti-de Sitter (AdS) fəzası astrofizikada, xüsusən də qravitasiyanın kvant aspektlərinin öyrənilməsində əhəmiyyətli tətbiqlərə malikdir. AdS fəzası AdS/CFT uyğunluğu daxilində istifadə olunur ki, bu da kvant qravitasiyasını daha sadə, riyazi cəhətdən ekvivalent problemə uyğunlaşdırmaqla tədqiq etməyi təmin edir. Bu uyğunluq qara dəlikləri, onların entropiyasını və informasiya paradoksunu başa düşməkdə mühüm rol oynayır.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.