Fotos
Kataliz və Qeyri -üzvi Kimya İnstitutunun əməkdaşı 172 nömrəli tam orta məktəbdə müxtəlif peşə nümayəndələrinin şagirdlərlə görüşündə çıxış etmişdir
May 22 , 2023 | 12:06 / Mühüm hadisələr
Oxunma ( 437 )

19 may 2023-cü il tarixində Bakı şəhəri, Süleyman Sani Axundov adına 172 nömrəli tam orta məktəbdə müxtəlif peşə nümayəndələrinin şagirdlərlə görüşünə Kataliz və Qeyri-üzvi kimya institutu “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının kiçik elmi işçisi, doktorantı, Şıxıyeva Fatma da dəvət olunmuşdur. Görüşün əsas məqsədi şagirdlərə istək və qabiliyyətlərinə uyğun peşənin seçimində köməklik etmək, onları düzgün yönləndirmək olmuşdur.

Şıxıyeva Fatma kimya mühəndisliyi ixtisası haqqında təqdimatında şagirdlərə ətraflı məlumat verməklə onlarda bu ixtisasla bağlı müəyyən fikir formalaşdırmağa səy göstərmişdir. O, ixtisasının əhəmiyyəti, müsbət və mənfi tərəfləri, hazırda ölkəmizdə və xaricdə iş imkanları, bu sahədə uğur qazanmağın yolları, şagirdlərin mənimsəməli olduğu bilik və bacarıqlarla bağlı geniş məruzə ilə çıxış etmişdir. Eyni zamanda çıxışında şagirdlərin xarici dil biliklərinə yiyələnmələri, onların internet resurslarından düzgün istifadə edərək lazımi bilikləri əldə edib daim öz üzərlərində işləmənin əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Sonda o, kimya mühəndisliyi sahəsində şagirdləri maraqlandıran çoxsaylı sualları cavablamışdır.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.