Gənclər üçün yay düşərgəsi keçirləcəkdir
İyn 03 , 2023 | 09:39 / Mühüm hadisələr
Oxunma ( 1029 )

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 26 iyun - 1 iyul tarixlərində Şəki Olimpiya Kompleksində Gənclərin İnnovativ İdeya Düşərgəsi təşkil ediləcək. Respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrində çalışan gənc alim və mütəxəssislərin iştirak edəcəyi düşərgədə ayrı-ayrı mövzuları əhatə edəcək təlimlərin, intellektual viktorinaların, eləcə də bir sıra idman yarışlarının keçirilməsi nəzərdə tutulur. Düşərgənin sonunda "İdeya yarmarkası" təşkil ediləcəkdir. Düşərgənin təşkilində məqsəd gənc elm adamlarının bir-biriləri ilə daha sıx və yaxından əməkdaşlıq etməsinə şərait yaratmaq və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdən ibarətdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.