İyn 06 , 2023 | 02:54 / Mühüm hadisələr
24-25 may tarixlərində İdarəetmə Sistemləri İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Daşkənd Dövlət Nəqliyyat Universiteti və Gürcüstan Texniki Universitetinin təşkilatçılığı ilə Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfransı (PLMO 2023) keçirilib. Hibrid formatda keçirilən beynəlxalq konfransda Polşa, Çin, İtaliya, Gürcüstan, Almaniya, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimləri iştirak ediblər.
Beynəlxalq konfransda İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri Lamiyə Nəcəfova, şura üzvü Ləman Poladova və institutun doktorantı Mir Ramin Yunusov müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.