Fotos
İdarəetmə Sistemləri İnstitutun əməkdaşları elmi seminar və festivalda iştirak ediblər
İyn 06 , 2023 | 03:02 / Mühüm hadisələr
Oxunma ( 1044 )

26 may 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda “Xilasetmə” Gənclər Festivalı və akademiyanın yaranmasının 15 illiyinə həsr olunan “Avtomobil konstruksiyasında dövri dəyişikliklər, xilasetmə problemləri” mövzusunda II elmi seminar keçirilib.

Qeyd edək ki, AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutun Fövqəladə Hallarda İdarəetmə laboratoriyasının elmi işçiləri r.ü.f.d Ramin Zeynalov, r.ü.f.d Leyla Qədimova, institutun Gənc Alim və Mütəxəssislər şurasının sədri Lamiyə Nəcəfova elmi seminar və festivalda iştirak ediblər.

İdarəetmə Sistemləri İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.