Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
İyn 08 , 2023 | 04:53 / Mühüm hadisələr
Oxunma ( 1022 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Polşanın Jan Kochanowski Universitetinin doktorantı Şəhriyar Cəfərzadə “Təkmilləşdirilmiş Glueball Rezonans Qaz modeli” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Kvant Xromo-Dinamikasının (KXD) termodinamik xassələri haqqında danışıb. O, təzyiq, entropia və başqa fiziki kəmiyyətlərin temperaturdan aslılıq funksiyalarını şərh edib. Qeyd edib ki, istifadə edilən model, kritik temperaturdan kiçik enerjilərdə KXD faza diaqramını təsvir etmək üçün istifadə olunan Adron Rezonans Qaz modelidir. Adronların xüsusi növü olan qlubollar arasındakı qarşılıqlı təsirin termodinamikaya təsiri üçün aldığımız son nəticələri tədqim edən məruzəçi, yekunda KXD faza diaqramının Neytron ulduzların xassələrini öyrənilməsindəki rolu haqqında da məlumat verib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.