Fotos
Doktorantura və dissertanturaya qəbul imtahanlarına hazırlaşan namizədlər üçün ingilis dili fənnindən vebinar keçirilib
İyn 09 , 2023 | 12:41 / Mühüm hadisələr
Oxunma ( 1284 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu Gənc Alim və Mütəxəssislər şurasının təşkilatçılığı ilə 7 iyun 2023-cü il tarixində doktorantura və dissertanturaya qəbul imtahanlarına hazırlaşan namizədlər üçün ingilis dili fənnindən vebinar keçirilib. Vebinarın mövzusu doktorantura və dissertanturaya qəbul imtahanlarında istifadə olunan “Task 2” tipli  qəbul essesi tapşırığının yazılma qaydalarına həsr olunub.

Tədbirdə AMEA-nın müxtəlif institutlarının gənc tədqiqatçıları, universitet məzunları, Gənc Alim və Mütəxəssislər şurasının üzvləri daxil olmaqla 100-ə yaxın namizəd iştirak edib.

Vebinarı giriş nitqi ilə açan İdarəetmə Sistemləri İnstitutu Gənc Alim və Mütəxəssislər şurasının sədri, dissertant Lamiyə Nəcəfova namizədlərə imtahanın strukturu və mərhələləri barədə məlumat verib və qarşıdakı imtahanlarda uğurlar arzulayıb.

Daha sonra təlimçi İlahə İsgəndərova ingilis dili fənnindən doktorantura və dissertanturaya qəbul imtahanlarında istifadə olunan sual tiplərinin izahı və xüsusilə “Task 2” tipli  qəbul essesi tapşırığının düzgün yazılma qaydaları haqqında geniş məlumat verib.

 Sonda namizədlər tərəfindən verilən suallar cavablandırılıb.

İdarəetmə Sistemləri İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.