Fotos
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi İstanbulda keçirilən konqresdə çıxış edib
İyl 17 , 2023 | 10:53 / Mühüm hadisələr
Oxunma ( 1293 )

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova 9-14 iyul 2023-cü il tarixlərində Türkiyənin İstanbul Texniki Universitetinin Süleyman Demirel adına Kültür Mərkəzində keçirilmiş “19Th Asian Chemical Congress”ində iştirak edib.

Gənc alim Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “HORİZON 2020” proqramı çərçivəsində Belçikanın, Almaniyanın, Niderlandın, İngiltərənin, Fransanın və Norveçin 9 elmi tədqiqat mərkəzləri və universitetləri  ilə birgə yerinə yetirdiyi layihə üzrə “Effect of Preparation Methods on Structure of MnOx-Na2WO4/SiO2 Catalysts and Their Activity in the Oxidative Condensation of Methane” mövzusunda məruzə ilə çıxış edib.

G.Əzimova konqres müddətində bir sıra aparıcı universitetlərin nümayəndələri ilə elmi əlaqələrin qurulması və birgə layihələrin işlənilməsi istiqamətində müzakirələr aparıb.

https://science.gov.az/az/news/open/25811

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.