Sen 19 , 2023 | 09:43 / Mühüm hadisələr
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova və AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Aydan Zeynalova “Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ilin peşəkar gənci fəxri adı ilə təltif edilmişlər. Təltifçilərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Söhrab Möhbalıyev tərəfindən fəxri diplom, vəsiqə və döş nişanı təqdim olunmuşdur. Qeyd edək ki, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə elm, təhsil, mədəniyyət sahəsinin müxtəlif nümayəndələri, o cümlədən II Qarabağ müharibəsi veteran və qaziləri də daxil olmaqla 64 nəfər fəxri adla təltif olunmuşdur.
Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.