Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Okt 09 , 2023 | 02:02 / Mühüm hadisələr
Oxunma ( 419 )

Oktyabrın 5-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin əməkdaşı Vahid Tahirov “Fotometrik sistemlərin növləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda müşahidə olunan obyektin fiziki parametrlərinə uyğun olaraq istifadə olunan müxtəlif növ fotometrik sistemlər haqqında danışıb. O, bildirib ki, fotometrik sistem, keçiriciliyi dalğa uzunluğuna görə dəyişən və dalğa uzunluğu diapazonu yaxşı müəyyən edilmiş filtrlər qrupudur.Ancaq fotometrik sistemin həssaslığı istifadə olunan filtrlərin keçiriciliyi ilə məhdudlaşmır. İstifadə olunan detektorun cavab əyrisi, istifadə olunan teleskopun bütün optik elementlərinin əksetmə və keçiricilik əyriləri, hətta müşahidələrin aparıldığı hündürlük də fotometrik sistemin hansı dalğa uzunluqlarında nə qədər həssas olmasına təsir edir. 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.