Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Okt 21 , 2023 | 03:04 / Mühüm hadisələr
Oxunma ( 512 )

Oktyabrın 20-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri və maqnetizm” şöbəsinin elmi işçisi Aynur Abdulkərimova “Axtarış sistemləri, onlayn kataloqlar, müxtəlif proqramlarla iş” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda elmi tədqiqatlarda faydalı olacaq müxtəlif elmi bazalar və saytlar haqqında danışıb. O, istifadə olunan onlayn ulduz kataloqları və data bazaların səmərəli istifadəsi haqqında ətraflı məlumat verib. Tədqiqat zamanı istifadə etdiyi "GIMP", "MATLAB", "TOPCAT" və "IDL Workspace"  proqramları vasitəsilə hazırladığı qrafik və şəkilləri göstərməklə praktiki nəticələri seminar iştirakçılarına təqdim edib.

Seminarın sonunda tədbir iştirakçılarının sualları məruzəçi tərəfindən cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.