“Gənc tədqiqatçı” jurnalının ilk dəfə olaraq ingilis dilində olan nöbəti sayı işıq üzü görüb
Noy 20 , 2023 | 03:29 / Elmi nəşrlər
Oxunma ( 528 )

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalının 2023-cü il üçün nəzərdə tutulan və ingilis dilində olan növbəti buraxılışı işıq üzü görüb. Qeyd edək ki, jurnalın bu sayında olan bütün məqalələr ingilis dilindədir və məqalələrə ORCID və DOİ nömrələri əlavə olunmuşdur.

Jurnal AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ildən nəşr edilir. “Gənc tədqiqatçı” jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli iclasının qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. Jurnal artıq ildə 4 dəfə olmaqla (biri ingilis dilində) çap olunacaq. Jurnala məqalə qəbulu elektron formada ilboyu davam edir və 3 dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məqalələrin qəbulu həyata keçirilir. Jurnalın tələb, qaydaları və yeni sayı ilə gencalimler.az saytından tanış ola bilərsiniz.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.