Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Noy 24 , 2023 | 10:22 / Mühüm hadisələr
Oxunma ( 944 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin əməkdaşı Xalid Cəfərov “Linux əməliyyat sisteminin istifadəsi, astrofizikada əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda ilk öncə Linux əməliyyat sisteminin yüklənilməsi qaydaları, istifadəsi zamanı göstərişlər və onun Windows əməliyyat sistemindən fərqləri haqqında danışıb. Daha sonra isə Linux əməliyyat sisteminin törəmələrinin (ubuntu, fedora, mintOS) fərqləri, günümüzdə istifadəsi və astrofizikada əhəmiyyətindən bəhs edib. Belə ki, natiq, Linux platformasında astronomik materialların emalı üçün istifadə edilən IRAF və PyRAF proqram paketləri, onların quraşdırılması, kitabxanalarla işləmək və həmçinin, digər proqram paketlərinin quraşdırılma qaydalarını göstərib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.